“İran Qarabağın işğaldan xilas edilməsini dəstəkləyir və bu bölgənin yenidən qurulmasında iştirak etməyə hazırdır”.
Bizim.Media “İRNA”ya istinadən xəbər verir ki, bu fikirləri İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə səsləndirib.
İran prezidenti onu da qeyd edib ki, beynəlxalq, tarixi və geosiyasi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir.
Qeyd edək ki, liderlərin görüşü Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci Sammiti çərçivəsində baş tutub.
Bizim.Media