Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 121-ə çatıb.
Bizim.Media Qırğızıstanın “economist” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
08.51***
Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılardan 5-nin ambulator müalicəyə göndərildiyi deyilir.
Məlumatda qeyd olunur ki, zərərçəkənlərin bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.
Bundan əvvəl isə 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.
Bizim.Media