Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birgə Qərargahının operativ qrupu bu gün İrəvana gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, qrup üzvüləri Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüblər.
Qeyd edək ki, KTMT missiyası hərbi əməliyyatların aparıldığı ərazilərə səfər edəcək. Bundan sonra KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına hesabat təqdim ediləcək.
Bizim.Media