Ermənistanın paytaxtı İrəvanda etirazçılar parlamentinin qapısını sındırmağa cəhd ediblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, polis hələlik etirazçıların bu cəhdinin qarşısını alıb.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı Azərbaycanla yeni sənəd imzalamağa hazır olduğunu bildirib.
Bundan sonra ermənilər onun istefası tələbi ilə küçələrə axışıblar.
Bizim.Media