"Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir. Həmçinin, Ermənistanın təxribatlarının onlar üçün ağır nəticələri olacaq".
Bizim.Media