Ərdoğanın Putin və Baydenlə görüşünün gündəliyi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin və ABŞ lideri Cozef Baydenlə ikitərəfli görüşlərinin gündəliklərinin bəzi detalları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, məlumatı "CNN Turk" yayıb. 

Bildirilib ki, Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək. 
Görüşdə müzakirə olunacaq başlıca məsələnin Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir.

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Ukrayna taxılının idxalının davam etdirilməsini müzakirə edcəcək. Türkiyə liderinin rusiyalı həmkarına Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü yenidən təklif edəcəyi gözlənilir.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçu PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçirmək planını Rusiya liderinin diqqətinə bir daha çatdıracaq. 

Xatırladaq ki, Şanxay Əməkdaşlığı Təşkilatının Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Səmərqənd səfərinin ardınca Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-22-də ABŞ-da səfərdə olacaq. O, sessiyada Rusiya-Ukrayna müharibəsində taxıl tədarükü, Yunanıstanla Türkiyə arasında gərginlik, terrora qarşı mübarizəyə dair ismarış verəcək.

Bu səfər çərçivəsində Türkiyə lideri ABŞ dövlət başçısı Cozef Bayden və başqa rəsmilərlə görüşəcək.

Onun ABŞ lideri ilə “F-16” qırıcıları, Vaşinqtonun Suriyada terrorçu qruplaşmalara verdiyi dəstəyi, Ştatların terrorçu “Suriya Demokratik Qüvvələri” ilə birlikdə keçirdiyi təlimləri, Egey dənizində Yunanıstanın təcavüzkar davranışını müzakirə edəcəyi nəzərdə tutulub. 
Sentyabrın 19-da Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasiminə qatılacağı da planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

End of content

No more pages to load

RADİO