Türkiyənin Mersin şəhərində baş verən meşə yanğın davam edir.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, güclü külək Gülnar rayonunda baş verən yanğını söndürməyi çətinləşdirib.
Yanğının söndürülməsinə 29 helikopter, 11 təyyarə, 138 texnika və 712 canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, yanğın zamanı 9 nəfər xəsarət alıb.
Bizim.Media