İranın Minab şəhərində motosiklet sürücüsü polis əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, polislər bu vəhşiliyi insanların gözü qarşısında və kəskin etirazlarına rəğmən törədiblər. Hadisə yerində olan insanların etirazı və müraciətinə baxmayaraq onlar buna əhəmiyyət verməyib.
Polis əməkdaşlarının vəhşiliyini əks etdirən video sosial şəbəkələrdə geniş yayılıb. Onların bu addımı ətrafdakıların qəzəbinə və nifrətinə səbəb olub.
Bizim.Media