Ukrayna ordusunun Xarkov istiqamətində hücum cəhdinin qarşısı alınıb.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Russkiye Tişki qəsəbəsi ərazisində 14-cü mexanikləşdirilmiş briqadanın bölmələrinin atəşi nəticəsində Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb", - Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Donetsk vilayətinin Çasov Yar yaşayış məntəqəsində 100-dən çox Ukrayna əsgəri və 15 hərbi texnikası Rusiya aviasiyasının dəqiq zərbələri ilə məhv edilib.
Bizim.Media