İrəvanın “Sasunçi David” metro stansiyasında vaqonlara partlayıcı qurğu qoyulub.
Bizim.Media “Şamşyan” saytına istinadən xəbər verir ki, bununla bağlı informasiya Ermənistan Fövqəladə Hallar Nazirliyinin 911 xidmətinə bu gün səhər tezdən daxil olub.
Mənbə qeyd edir ki, xilasedicilər və minaaxtaranlar stansiyaya yollanıblar. Nəzarətə götürülən ərazidən vətəndaşlar təxliyə edilib.
Hazırda axtarış işləri aparılır.
Bizim.Media