Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Minsk qrupu ölkələrinin İrəvandakı səfirləri ilə görüşüb.
Bizim.Media-nın məlumatına görə, görüşdə Rusiya səfiri Sergey Kopırkin, Fransa səfiri Conatan Lakota və ABŞ səfiri Lin Treysi iştirak edib.
Dağlıq Qarabağ zonasında müharibədən sonrakı vəziyyət, regional təhlükəsizlik və sülhlə bağlı məsələlərin danışıqların əsas mövzusu olub.
Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Bizim.Media
