Türkiyənin aparıcı müdafiə podratçısı Aselsan Qətərdə filial açıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi açıb.
Mənbə yazır ki, filial Fars körfəzinin neftlə zəngin ölkəsində podratçının genişlənən fəaliyyətini dəstəkləmək üçün açılıb.
Qətər-Türkiyə münasibətlərinin möhkəmlənməsi iki ölkə arasında ticarət həcmlərinin artmasına gətirib çıxarıb.
2019-cu ildə Qətər və Türkiyə arasında ikitərəfli ticarətin həcmi 2 milyard dollar təşkil edib.
Aselsan müdafiə korporasiyası ötən il dünyanın 100 ən yaxşı müdafiə şirkəti siyahısında 48-ci yeri tutub.
Bizim.Media