İlqar Rəsul yazır: Fraklı klounların təsiri…  

Hamımız idarə olunuruq. Yarımız bir cür, o biri yarımız başqa cür. Bir qismimiz bir rəngdə, digər qismimiz başqa. Amma hamımız eyni mərkəzdəbn və eyni istiqamətdə. 

Sevdiyimizə niyə “mışka” alırıq?

Çünki İşbazlar mışkanı populyar ediblər, ona görə. Əgər sabah onlar soxulcanı populyar etsələr, hamı sevdiyinə soxulcan alacaq. Təsəvvür edin: sevdiyimizə ad günündə soxulcan alıb aparırıq, o da bəhbəhlə qəbul edir, heyranlığını bildirir. İnanmırsız? Normaldı. Amma əgər onlar – idarə edənlər istəsələr, bizim inanıb-inanmamağımızın önəmi yoxdu.

Məsələn, nə vaxtsa bizə desəydilər ki, evdə hər cür isti paltarınız olduğu halda, yağışlı-palçıqlı havada küçə ilə topuğu açıq gedəcəksiniz, inanmazdıq. Amma indi  gedirik. Niyə? Çünki onlar belə istədilər.    

Boğazsız corab geyinməyi və şalvarın ayağını qatlamağı dəb saldılar. Hamı evdə corabı və şalvarı olduğu halda gedib həmin ağılasığmaz dəbə uyğun corab və şalvar aldı.

Əslində burada hədəf geyim deyil. Əvvəllər də belə edirdilər. Yəni malı satdırmaq üçün dəbi tez -tez dəyişirdilər. İndi isə, dəbi dəyişməkdə hədəf təkcə malı satdırmaq yox,  həm də ağılı almaq, zövqü korlamaq, kütləni daha gülünc hala gətirməkdi.

 

Fikir verin, qarşınızda gənc oğlanla qız gedir. Çəkmə boğazsızdı. Corab topuqdan aşağıdı, şalvarın balağı topuqdan yuxarı qatlanıb. Ayağın topuq hissəsi açıqdı. Həm də payızda, qışda. Belə baxanda maraqlıdı. Fəlsəfəsinə varanda iyrəncdi. Həm fiziki (yağış isladır, çirkli su sıçrayır, soyuq olur ayağa, və s. ) həm mədəni (səviyyəsiz görünüş), həm də mənəvi ( şüura təsir edir).

Bunu etdirənlər özləri təxminən frak geyinirlər, klassik musiqi dinləyirlər və heç vaxt yolxucu xəstəliklərə tutulmurlar. Çünki kütlədən deyillər. Həm də kütlədən uzaqdılar. Və kütləni özlərindən hər gün bir az daha uzaqlaşdırmaqda davam edirlər. Onlar bunu düşünülmüş şəkildə gerçəkləşdirirlər. Qoymurlar kütlə elitləşə bilsin.

Məsələn, bayağı müsiqilərə daha geniş meydan vermək, bəsit insanları populyarlaşdırıb əksəriyyətin kumirinə çevirmək, hansısa bir kəsimin hüquqlarının müdafiəsi adı altında əslində əxlaqsızlığı təbliğ edən aksiyalar, metroda qalxıb böyüklərə yer verməməyi təbliğ edən “avrointeqrasiyalar”, özgə ənənələrin təsirində tez-tez evlənib-boşanmalar və s. Bütün bunlar insanla onun gerçək təyinatı arasındakı  uçurumu dərinləşdirməkdən üçün düşünülmüş gedişlərdir. 

Əsasən bu cür tələlərə düşməyənlər özünə, ətrafına və cəmiyyətinə daha çox faydalı ola bilirlər. Faydalı olmaq isə insan üçün maraqlı və gözəl vərdişdir.    

Özünüzə baxın, öz həyat tərzinizi, maraqlarınızı saf-çürük edin. Əgər bəlli olsa ki, siz illah da mənəvi baxımdan topuğunuzu unutmursuz, demək ki ən azı kütlədən deyilsiz. Bu o deməkdir k, siz fərdinizi dünyanı idarə edən fraklı klounların təsirindən qoruya bilirsiniz...

xüsusi olaraq bizim.media üçün.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını AÇIQLADI – VİDEO

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

Tramp İranı bir gecədə məhv etməklə hədələdi – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

İranda aparıcı nüvə alimi öldürüldü – VİDEO

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

“Kuruluş Orhan”da şok ayrılıq – məşhur aktyor serialla vidalaşır

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

Bu ölkədə 30 yaşına qədər ailə qurmayan xanımlara dövlət maaş verəcək

"Bu işə başlayanda 140 kilo idim"

"Bu işə başlayanda 140 kilo idim"

Hər axşam qatıq yeməyin FAYDALARI

Hər axşam qatıq yeməyin FAYDALARI

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

Gəncədə 53 yaşlı ustanın həyatını itirdiyi yerdən GÖRÜNTÜLƏR – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Selena”nın “Nazlı”sı nişanlandı – FOTO

“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi

Həm arıqladır, həm gözəlləşdirir

Həm arıqladır, həm gözəlləşdirir

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

Prezidentin Gürcüstana səfərindən yaddaqalan anlar – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

ABŞ Prezidenti: “İran üçün son tarix sabahdır” – VİDEO

End of content

No more pages to load

RADİO