“Ukrayna prezidenti Volodimir Zelenski insanlar tərəfindən tez-tez aldadılmasından narahatdır”.
Bizim.Media “Ulusal Kanal” nəşrinə istinadən xəbər verir verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Manisa şəhərinə səfəri zamanı deyib.
“O, çox narahatdır. Ətrafında onu aldadanlar var”. Türkiyə lideri Ukrayna prezidenti ilə bağlı sualı cavablandırarkən belə deyib.
Bundan əvvəl Zelenski Ukraynada müharibə başlayandan sonra bəzi deputatların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkəyə xəyanət etdiyini bildirib.
Bizim.Media