Bu ilin yanvar-iyul aylarında Türkiyəyə 23 milyon xarici turist gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Bu rəqəmlər ötən illə müqayisədə 128,28% çoxdur. Bildirilir ki, həmin dövrdə çoxları COVID-19 pandemiyası səbəbi ilə səyahət edə bilməmişdi.
Qardaş ölkəyə səfər edənlər arasında Almaniya, Rusiya, Böyük Britaniya, İran və Bolqarıstandan olan turistlər çoxluq təşkil edib.
2022-ci ilin iyul ayında Türkiyə 6 665 129 səyahətçi qəbul edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 52,84% çoxdur.
Bizim.Media