İrəvan bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb. Mənbə yazır ki, ölənlər arasında hamilə qadın və onun azyaşlı uşağı da var.
Avqustun 14-də ticarət mərkəzində baş verən partlayış nəticəsində 62 nəfər xəsarət alıb, 18 nəfərin taleyi hələlik məlum deyil.
Bundan əvvəl İrəvan meriyası “Surmalu” ticarət mərkəzində pirotexniki materialların saxlandığı anbarın partlamasına aydınlıq gətirib.
Ermənistan Baş Prokurorluğu partlayış faktına görə cinayət işi açıb. Rəsmi olaraq partlayışın səbəbi açıqlanmır.
Bizim.Media