“İrəvanın “Surmalu” topdan satış bazarındakı partlayışda terror ehtimalı istisna olunur”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan bildirib.
“Hazırda ərazidəki yanğın lokallaşdırılıb, axtarış-xilasetmə işləri davam etdirilir” – deyə Pambuxçyan qeyd edib.
Xatırladaq ki, “Surmalu” bazarındakı partlayış və yanğın zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.
Bizim.Media