İrəvanda Surmalu topdansatış bazarında baş verən partlayışdan sonra tikililər dağılıb, insanlar dağıntılar altında qalıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı şəhər meriyası yayıb.
Mənbə qeyd edir ki, hazırda xilasedicilər qalıqlar altında qalan şəxsləri axtarır. Polis zərər çəkənlərin yaxınlarını əraziyə yaxın buraxmır.
Pirotexniki vasitələr hələ də partlayır. İlkin olaraq partlayış nəticəsində 7 nəfərin yaralandığı bildirilib. Sonra isə bir nəfərin öldüyü və daha 20 nəfərin yaralandığı məlum olub.
Partlayış anı telefonlara çəkilib və sosial şəbəkələrdə yayılıb. Versiyalardan birinə görə, pirotexnika anbarı yanıb.
Bizim.Media