Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl və Qubadlıda aşkarlanıb.
Hazırda axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl istiqamətlərində davam etdirilir.
Qeyd edək ki, Qarabağ ərazisində indiyədək 1238 erməni hərbçisinin meyiti tapılıb.
Bizim.Media