İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib.
Bizim.Media "News.am"-a istinadən xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.
Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib:
"O, artıq vəzifəsinin icrasına başlayıb", - deyə R.Beqlaryan əlavə edib.
Millət vəkili qeyd edib ki, bürokratik əngəllərə görə konsulun tam işə başlaması prosesi bir az yubanır:
“Bildiyim qədər, Baş Konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”, - R.Beqlariyan vurğulayıb.
Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi Qafandakı konsulluğun bu ilin sonuna qədər açılacağını bildirilmişdi.
Bizim.Media