“Ən pessimist ssenari üzrə Ukraynaya tam qələbə üçün 10 ay vaxt lazımdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri gürcü əsilli ukraynalı siyasətçi Mixail Saakaşvili səsləndirib.
Onun sözlərinə görə, Ukraynanın hərbi komandanlığı tələsmir, ona görə də döyüş meydanında az səhvə yol verir.
“Ukraynadakı cəbhə xəttindəki vəziyyəti dəyərləndirirəm: bu gün biz artıq 1800 tankı məhv etmişik. Orta hesabla hər gün 5 tank məhv edilir. Məncə, rusların hücum potensialını tamamilə aradan qaldırmaq üçün 3000-3500 tankı məhv etmək lazımdır. Bu temp saxlansa, 240-300 gün çəkəcək, ona görə də hər gün rəqibin əleyhinə işləyir”, deyə o, qeyd edib.
Bizim.Media