İranlı xanım hökumətin küçədə it gəzdirmək qadağasından sonra keçi ilə küçəyə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Mənbə yazır ki, İranda qadın molla rejiminin küçədə itlə gəzməklə bağlı qoyduğu qadağadan sonra maraqlı addım atıb. Bununla bağlı sosial mediada video yayılıb.
Belə ki, isfahanlı xanım keçisinin boğazına ip keçirərək onu ev heyvanı kimi küçədə gəzdirib və bununla hakimiyyətə simvolik olaraq öz etirazını bildirib.
Bizim.Media