Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Putin və Paşinyan son günlər Qarabağda yaşanan gərginliyi müzakirə ediblər.
Həmçinin, tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlikdən danışıblar.
Qeyd edək ki, bu, son bir həftədə Putinlə Paşinyanın ikinci telefon söhbətidir. Bundan əvvəl onlar avqustun 2-də əlaqə saxlayıblar.
Bizim.Media