Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
İlia Darçiaşvili söhbət zamanı bir neçə gün öncə Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib. O, ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.
"Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib", - deyə məlumatda qeyd olunub.
Bizim.Media