Türkiyənin vitse-prezidenti Fuad Oqtay peyvənd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, vaksinasiya Ankara Dövlət Xəstəxanasında həyata keçirilib.
Qeyd edək ki, yanvarın 14-dən Türkiyədə əhalinin koronavirusdan kütləvi peyvənd edilməsinin birinci mərhələsinə başlanılıb. Türkiyədə Çinin “Sinovac Biotech” şirkəti tərəfindən hazırlanmış “CoronaVac” vaksinindən istifadə olunur.
Bizim.Media