Moskva səfərindən sonra Paşinyanı müşayiət edən nümayəndə heyəti onun inanılmaz dərəcədə depressiyaya uğradığını bildirib. Paşinyan əsirlərlə bağlı məsələdə uğursuzluğun olduğunu gizlətməyib, amma əgər o bunu təmin etsəydi, müxalifətə sarsıdıcı zərbə endirərdi.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ermənistanın "Qraparak" qəzetinin səhifəsində yer alıb.
“Lakin o, öz yaxınlarını inandırmağa çalışırdı ki, kommunikasiyalar haqqında imzalanmış sənəd – "parlaq qələbədir". O, fikrini davam etdirərək bildirib ki, kommunikasiyaların açılmasına razılıq verməklə İlham Əliyevin onu nəyə sövq etdiyini başa düşməyib.
Paşinyan bəyan edir ki, bu, müstəsna olaraq Ermənistanın xeyrinədir. Eşidənlər elə fikirləşirlər ki, bu, Baş nazirin növbəti manipulyasiyadır. O, adekvatlığını itirərək yanvarın 11-də qəbul edilən sənədi qələbə hesab edir", - deyə "Qraparak" qəzeti qeyd edib.
Bizim.Media