Mikael Minasyan: “Nikolun planına görə indi hər şeyin günahkarı Rusiyadır”

“Nikol yanvarın 11-də Moskvada uğursuzluğa düçar oldu. Buna görə günahı kiminsə üstünə atmaq lazımdır. Paşinyan indi hər şeydə Rusiyanı təqsirkar hesab edir”

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vazgen Manukyan: “Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”


"Moskva görüşündən bir həftə əvvəl Vovayeviç yalan, saxtakarlıq və manipulyasiya üsulları ilə "44 günlük müharibənin mənşəyi" məqaləsini yazır. Sitat: "2015-ci ildə artıq hamıya məlum olan Rusiya təklifləri qəti şəkildə formalaşır. Bu təkliflərdə Azərbaycana 7 rayon 5+2 formulu ilə qaytarılır, qaçqınlar qayıdır və bölgəyə Rusiya sülhməramlıları yerləşdirilir. Təkliflər paketində Dağlıq Qarabağın statusu məsələsinə heç cür toxunulmur, bu məsələdən yan keçilir. Bu təkliflər 2016-cı ilin yanvarında Ermənistan tərəfinə təqdim olunur. Ermənistan tərəfi onları rədd edir...".

Nikol bunları deməklə faktiki olaraq Ermənistanın strateji müttəfiqini ölkəsinin milli maraqlarına məhəl qoymamaqda ittiham edir.

O, Rusiyanın Qarabağla bağlı təkliflərində ermənilər üçün vacib status məsələsinin olmadığını iddia edir.

Onun fikrincə, bu təkliflər o qədər antierməni olub ki, hətta onları "satqın keçmiş prezidentlər" də rədd edib.

Bütün bunlar yalandır, beynəlxalq münasibətlərdə bu cür böhtanlar ciddi şəkildə cəzalandırılır və növbəti dəfə onun yalanından təkcə ölkəmiz deyil, həm də bizim vital maraqlarımız da əziyyət çəkəcək.

Danışıqların iflasa uğramasında günahkar olan Rusiya Paşinyanın tərəfdarlarının, "Facebook" analitiklərinin və Soros xadimlərinin çox rahat hədəfidir.

Moskvada hərbi əsirlərin azad edilməsi məsələsinin müzakirəsinin prioritetliyi barədə yazdığını xatırlayırsınızmı? Nooldu, birdən-birə Moskvada, mətbuatın qarşısında Qarabağın statusundan danışanda xoruzun səsi eşidildi? Rusiya paytaxtında keçirilən görüşdə bu iki məsələ ilə bağlı müsbət nəticə əldə etmədikdən sonra o, bu uğursuzluğu Rusiyanın boynuna yıxdı.

İtə atılan sümüyü Nikolu dəstəkləyən KİV-lər,  onun saxta ordusu və erməni qərbpərəstlər diri-diri tutdu. 

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Paşinyana cavab verib: "Rusiyanın münaqişənin mərhələli həll planınun sonuncu redaksiyası 2019-cu ilin iyununda tərəflərə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilib.

Onların arasında birinci mərhələdə Azərbaycanın beş, ikinci mərhələdə isə iki rayonunun geri qaytarılması, özü də bunu xüsusi qeyd edim, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqələndirilməsi prinsipləri var.

İrəvanın maraqlarını əks etdirən digər elementlərdən biri də Dağlıq Qarabağdan kənarda əhalinin tam həyat fəaliyyətinin təşkili, onların hüquqlarının tanınması, Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirak etməsi, blokadanın götürülməsi, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək barədə öhdəlik götürməsi və s.-dir. Odur ki, Rusiyanın "elə belə" yeddi rayonu geri qaytarması, statusu unutmağı və sakitləşməyi – həqiqətə uyğun deyil”.

Popov əlavə edib: "Nə erməni tərəfi, nə də Azərbaycan tərəfi bu təklifləri rədd edib".

Nikolun yalanının rəsmən təkzib edilməsi Ermənistanın beynəlxalq imicinə növbəti dəfə zərbə vurub. O, şəxsən rusofobiya əhval-ruhiyyəsini koordinasiya edir və qarşısına 2 hədəf qoyur. Birincisi, o, "antinikolizm"i rusofobiya ilə əvəz etməyə çalışır, Rusiyanı əsas günahkar hesab edir. İkincisi, ermənilərin son fəlakəti üçün geosiyasi manevrlər edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

İran Gürcüstana xəbərdarlıq etdi

İran Gürcüstana xəbərdarlıq etdi

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİ – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

2025-ci ildə AFFA-ya daxil olan vəsait açıqlanıb

2025-ci ildə AFFA-ya daxil olan vəsait açıqlanıb

Abituriyentlərin NƏZƏRİNƏ – Universitetlərə qəbul planı ilə bağlı RƏSMİ AÇIQLAMA

Abituriyentlərin NƏZƏRİNƏ – Universitetlərə qəbul planı ilə bağlı RƏSMİ AÇIQLAMA

91 nəfər zəhərlənib, 3 nəfər həyatını itirib – RƏSMİ

91 nəfər zəhərlənib, 3 nəfər həyatını itirib – RƏSMİ

Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"

Xalq artisti: "Adi məhəlləyə köçdüm, orada yaşayanlardan artıq deyiləm!"

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

Bu futbolçu yayda “Zirə”yə KEÇƏCƏK

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər – VİDEO

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

21 yaşlı Ümidi qətlə yetirən şəxs SAXLANILDI

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Azərbaycanlıların ən çox istifadə etdiyi brauzer hansıdır?

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Əhaliyə XƏBƏRDARLIQ – Bu gündən başlayır, üç gün davam edəcək...

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

End of content

No more pages to load

RADİO