Bu gün Tehranın Sədabad sarayında Türkiyə və İran hökumətlərarası sənədlərin imzalanması mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.
Mənbə yazır ki, sənədlər prezidentlər Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisinin iştirakı ilə imzalanıb. Sənədləri iki ölkənin bir sıra qurumlarının rəhbərləri imzalayıblar.
Çərşənbə axşamı günü iki ölkə prezidentlərinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclası keçirilib.
Prezident Ərdoğan Tehrana səfəri çərçivəsində İranın mənəvi lideri və rəhbəri Əli Xamenei ilə görüşüb.
Bizim.Media