İranda gəlin toy zamanı təsadüfən güllələnib. Faciə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib. Güllə gəlinin başından dəyib və daha iki nəfəri yaralayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Hadisə yerinə gələn polisin sözlərinə görə, atəş açan şəxs silahla necə davranacağını bilməyib, üstəlik, onun silahdan istifadə etmək üçün lisenziyası olmayıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, lakin polis onu yaxalaya bilib. Ölən gəlinin ailəsi bildirib ki, ölümündən sonra qadının orqanları ehtiyacı olan üç nəfərə verilib.
Xanımın sağlığında psixoloq kimi çalışaraq narkomanlara bu aludəçilikdən qurtulmağa yardım etdiyi bəlli olub.
Bizim.Media