Türkiyənin Van əyalətinin jandarmasının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışda olan PKK terrorçuları Osman Yıldırımçakar və Şehmiran Karahan zərərsizləşdirilib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Suleyman Soylu bildirib.
Qeyd olunub ki, bu şəxslər barədə məlumat təqdim edənlərə 1 milyon türk lirəsi mükafat təklif olunurdu.
Bizim.Media