Türkiyədə sərnişin avtobusun aşıb.
Bizim.Media “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə Kırklareli vilayətinin Lüleburgaz qəsəbəsində qeydə alınıb.
Bildirilib ki, Ədirnədən Bodruma gedən sərnişin avtobusu aşıb. Qəza nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media