Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycan əraziləri adlarının əks olunduğu yol lövhələri quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Telegram"ın Ermənistan seqmentində fotolar yayılıb.
Erməni istifadəçilər şəkli “Yeni reallıq” başlığı ilə paylaşıblar.
Lövhələr üzrəində erməni, həmçinin latın əlifbası ilə Şəmkir, Gəncə və Bakı şəhərlərinin adları və bu ərazilərə olan məsafələr qeyd olunub.
Bizim.Media