Gürcüstanın hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsinə parlamentin sabiq sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə partiyanın Baş katibi Kaxa Kaladze partiyanın Siyasi şurasının iclasından sonra açıqlamasında bildirib.
Onun sözlərinə görə, yanvarın 16-da partiyanın konqresi keçiriləcək və konqres partiyanın yeni sədrini seçəcək.
Qeyd edək ki, bu gün hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasınınn təsisçisi və sədri, Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.
O, partiya sədrliyindən və partiyaya üzvlükdən istefa verib.
Bizim.Media