Türkiyəli professor: “Ermənilərə təklif edərdim ki, Şuşa Bəyannaməsini diqqətlə oxusunlar”

“Bu yalnız Azərbaycan üçün deyil, həm də Ermənistan üçün böyük şansdır. Çünki qapalıdırlar, yəni, dünyaya çıxışları olmayan bir coğrafiyada yerləşirlər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Türkiyənin Nişantaşı universitetitinin professoru Gülçin Güner səsləndirib. 

- Gülçin xanım, Azərbaycan-Ermənistan münasibətlərini yaxından izləyirsiz. Bu gün sülh təklifi və Ermənistanın bundan qaçmasını necə dəyərləndirmək olar?

- Bu yalnız Azərbaycan üçün deyil, həm də Ermənistan üçün böyük şansdır. Çünki qapalıdırlar, yəni, dünyaya çıxışları olmayan bir coğrafiyada yerləşirlər. Sülh imkanı və fürsəti həm Azərbaycana, amma ki, daha çox Ermənistana, Ermənistan xalqına bir lütüfdür.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi" - Türkiyə XİN 


Sülh müqaviləsi həm də Cənubi Qafqazın istiqrar və hüzura qovuşması deməkdir. Bilirsiz ki, haqsız savaşda, yəni Azərbaycan torpaqları işğal altında idi, buna görə də, haqsız bir savaş deyirəm. 1993-cü ildən bu tərəfə BMT-nin qərarlarına rəğmən, 30 il davam edən ATƏT-in Minsk qrupu rəhbərliyində belə heç bir nəticə əldə edilmədi.

Son gəlinən nöqtədə, 44 günlük Vətən Müharibəsində Azərbaycan öz imkanları ilə özünə qarşı olan haqsız işğala son qoydu. Sizin də ifadə etdiyiniz kimi, bir sülh ortamı, sülh pəncərəsi açıldı. Təmənnim ondan ibarətdir ki, Ermənistan tərəfi bu sülhü dəyərləndirə bilsin. Bu olmayacağı təqdirdə, zərərlərini də özləri çəkəcəklər. Azərbaycanın ortaya qoyduğu təkliflər olduqca ağlabatan və qanunidir. 

- Sülhə əngəl yaradan məqamlar və ya şəxslər kimlərdir? 

- Ermənistanın sülhü qəbul etməsi bölgədə yeni fürsətlər yaradacaq. Xüsusən sülhün gətirdiyi iqtisadi yüksəliş. Çox-çox irəlidə bir inteqrasiya belə ola bilər. Mən bununla bağlı xəyallar yaşayıram. Təbii ki, ən böyük maneə Ermənistan xarici siyasətidir. Orda da həm radikallar var, həm də diasporun addımları həlledici olur. Azərbaycan tərəfindən heç bir problem yoxdur.

Azərbaycan keçmişə baxdığımızda bu gün çox daha güclüdür. Ən önəmlisi də, yanında çox böyük ittifaq etdiyi bir digər Türk dövləti var. Mən ermənilərə təklif edərdim ki, Şuşa Bəyannamasəni diqqətlə oxusunlar.

- Şuşa bəyannaməsindən bəhs etmişkən, həqiqətən belə bir qardaşlıq nümunəsi dünyada yoxdur. Bu qardaşlığın kökləri haradan qaynaqlanır? 

- Bizim qardaşlığımız yeni bir şey deyil. Tarixə nəzər salsaq görərik ki, bu qardaşlıq Osmanlı dövründən başlayıb. Bizim qüvvətli bağlarımız var. Bu həm mədəniyyət baxımından, həm etnik baxımdan. Bu tamam başqa bir qardaşlıqdır. Bu xüsusi bir münasibətdir.

Hər ölkəyə nəsib olan bir şey deyil. Biz nə deyirik? – Bir millət, iki dövlət. Hər dəfəsində bu cümləni qurarkən həyəcanlanıram. Biz hər zaman Azərbaycanlı qardaşlarımızın yanındayıq, hər zaman olduq, bundan sonrada bu qardaşlıq davam edəcəkdir.
Bayraktar da bunun bir parçasıdır, Şuşa Bəyannaməsi də bunun bir parçasıdır. Bundan başqa iqtisadi anlamda da edə biləcəyimiz çox şey var. Həm Azərbaycan və Türkiyə adına, həm də bu bölgə adına görüləcək işlər çoxdur. 

- Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

End of content

No more pages to load

RADİO