Qazaxstanda seçki məntəqələrinin bağlanmasından sonra (Moskva vaxtı ilə 19:00-da) Qazaxıstan parlamenti məclisinin (aşağı palatanın) deputatları seçkilərində fəallıq 63,3% təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə brifinqdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrov bildirib.
“Qazaxıstanda parlament seçkilərinə fəallıq 63,3% təşkil edib. Bununla da seçkilər baş tutmuş hesab edilib”.
Xatırladaq ki, yanvarın 10-da Qazaxıstanda parlamentin aşağı palatasına, eləcə də ölkənin yerli hakimiyyət orqanlarına seçkilər keçirilib.
Bizim.Media