Gələn həftə Moskvada güclü şaxta olacaq, havanın temperaturu mənfi 20 dərəcəyə qədər enəcək.
Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, anormal hava şəraiti Rusiyanın digər ərazilərində də özünü biruzə verəcək.
Həftənin sonunda şəhərdə qar örtüyü 30 santimetrə qədər artacaq, Rusiyanın paytaxtında ötən ilin qış nisgilindən sonra əsil rus qışı yaşanacaq.
Meteroloqlar xəbərdarlıq edərək bildiriblər ki, sərt qışın növbəti həftədə də davam edəcək və şəhər təsərrüfatı ehtiyat tədbirlərini uzun müddətli görməlidir.
Bizim.Media