Rusiyanın “Novaya qazeta” qəzetinin baş redaktoru, jurnalist Dmitri Muratov 2021-ci ildə aldığı Nobel Sülh Mükafatının medalını 103,5 milyon dollara satıb.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, onlayn ticarət 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə başlayıb.
Muratov bildirib ki, əldə olunan vəsait ukraynalı qaçqın uşaqlara yardım üçün UNICEF-ə göndəriləcək.
Muratovun fikrincə, “bu, insanların ukraynalılara kömək etmək üçün başlanan fləşmobun başlanğıcı olmalıdır. Hər kəs öz qiymətli əşyalarını satmalıdır”.
Qeyd edək ki, Muratovun medalında əridilmiş halda 175 qram qızıl var. Qiyməti təxminən 10 min dollardır.
İndiyədək James Watson medalını 2014-cü ildə ən yüksək qiymətə, 4,7 milyon dollara satmışdı. O, 1962-ci ildə DNT-nin quruluşunu kəşf etdiyinə görə Nobel mükafatı almışdı.
Bizim.Media