Azərbaycanın işğaldan azad edilən Cəbrayıl bölgəsində dünən aparılan axtarış tədbirləri zamanı üç erməni hərbçinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Mənbə yazır ki, son döyüş əməliyyatları zonasında ümumilikdə 1197 erməni hərbçinin qalıqları aşkar edilib.
“Axtarışlar 9-10 yanvar tarixlərində aparılmayacaq, çünki növbətçi postlarda Rusiya sülhməramlılarının dəyişdirilməsi baş tutacaq. Əməliyyat 11 yanvar bazar ertəsi günü davam edəcək”- deyə mənbə qeyd edib.
Bizim.Media