Gürcüstanın Kaxeti rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin episentri Qurcaani şəhərinin yaxınlığında yerləşib.
Qeyd edək ki, Kaxeti rayonu Azərbaycanla sərhəddə yerləşir.
Bizim.Media