Rus sülhməramlıları Ermənistandan Dağlıq Qarabağa qayıdan qaçqın karvanını müşayiət edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə bildirir ki, ümumilikdə, 48 mindən çox erməni Qarabağa dönüb.
Bir gün ərzində 225 nəfər İrəvandan Xankəndinə avtobuslarla çatdırılıb.
Rusiya sülhməramlı kontingentinin hərbi personalı bölgədə yaşayan insanlara humanitar yardım göstərir, mülki infrastruktur obyektlərini bərpa edir.
Xatırladaq ki, 23 müşahidə məntəqəsində vəziyyət 24 saat ərzində izlənir və atəşkəsə nəzarət edilir.
Bizim.Media