Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəahrettin Koca məlumat verib.
O, bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 479 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub.
Nazir qeyd edib ki, ağır xəstə sayı azalmağda davam edir.
Bizim.Media