Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcək.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiya Prezidentinin mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşdə deyib.
“Rusiya Prezidentinin bu ilin ikinci yarısında Ermənistana səfəri Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bayram tədbirlərinə xüsusi önəm verəcək”, - deyə Arşakyan bildirib.
Bizim.Media