İranın Kirmanşah əyalətinin Pavə şəhərində 3 mərtəbəli binada partlayış olub.
Bizim.Media xəbər verir ki, partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Məlumata görə, binanın uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Apa-nın məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Binanın dağıntıları altında qalanların axtarışları davam etdirilir.
Bizim.Media