''Övladlarımızın Qarabağda hərbi qulluğuna imkan verməyəcəyik'' - Erməni valideynlər 

Dağlıq Qarabağdan məzuniyyət üçün Ermənistana qaytarılan əsgərlərin bir qrupuna yenidən bu ərazilərə göndərilməsi barədə  xəbərdarlıq edilib. Onların valideyinləri isə  İrəvanda Hərbi İnstitutun qarşısına toplaşaraq  etiraz aksiyası keçiriblər.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, valideyinlər övladlarının xidmətlərini Ermənistanda davam etdirməsi tələb ediblər.

Onlar deyiblər ki, oğullarının Dağlıq Qarabağa qaytarılmasına yol verməyəcəklər.

“Bizə həmin gün eynilə demişdilər ki, Rusiya və Azərbaycan əsgərlərimizi Qarabağda xidmət etməyə buraxmır. Biz dedik ki, yaxşı, qoy püşkatma keçirilsin və uşaqlar Ermənistanda xidmət etsinlər. İndi isə deyirlər ki, yox, onlar yenidən Qarabağa getməlidir. Uşaqlardan heç biri bunu istəmir və biz də buna yol verməyəcəyik”,- deyə aksiya iştirakçılarından biri jurnalistlərə söyləyib.

Digər əsgər valideyni isə istəkləri təmin edilməsə yolu bağlayacaqlarını vurğulayıb.

“Bizə heç kim təminat vermir ki, uşaqlarımız Qarabağa qədər salamat gedib çata biləcəklər. Ona görə də onlar heç yana gedən deyillər. Biz yolu bağlayacağıq və avtobusları buraxmayacağıq”,- o deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistandan olan çağırışçıları daşıyan avtobuslar Gorus-Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılib.

Daha sonra erməni tərəfi Rusiya sülhməramlılarına müraciət edərək avtobusların Qarabağa buraxılmasını təmin etməyi xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO