Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Cəsədlər Hadrut istiqamətində yolda aşkar edilib. Bu gün axtarış işləri Əsgəran, Hadrut və Cəbrayılda davam edəcək.
Qeyd edək ki, ötən il noyabrın 13-dən bu il yanvarın 8 -dək ümumilikdə 1194 erməninin cəsədi tapılıb.
Bizim.Media