Mayın 25-də saat 22:35-də Kanaveral burnunda yerləşən kosmik stansiyadan SpaceX kosmik gəmisi Ermənistanın ilk peykini orbitə çıxarıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 26-da hökumətin iclasında deyib.
O, bunun Ermənistanın “Geocosmos” dövlət şirkəti və İspaniyanın “Satlantis” şirkətlərinin əməkdaşlığı ilə baş verdiyini izah edib.
"Ermənistan kosmik fəaliyyətlər dövrünə qədəm qoyur", - Paşinyan əlavə edib.
Bizim.Media