Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yayıb.
Onun sözlərinə görə, səfər mayın 28-də reallaşacaq.
Xatırladaq ki, Ərdoğanın mayın 26-29-da Azərbaycanda keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında iştirak edəcəyi haqda informasiya ötən həftə yayılmışdı.
Bildirilmişdi ki, festivala, həmçinin Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank və “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar da qatılacaq.
"Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq.
Bizim.Media