Azərbaycan Ordusunun işğaldan azad etdiyi Suqovuşan qəsəbəsinin ərazisində 4 erməni əsgərin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
“Yanvarın 5-də Suqovuşan ərazisində 4 cəsəd tapıldı. Bu gün kəşfiyyat işləri Talış-Suqovuşan istiqamətində davam edəcək.
Digər qrup isə Hadrut və Füzulidə sağ qalanları axtarmaq üçün çalışacaq” deyə mənbə qeyd edib.
Xatırladaq ki, 5 yanvar tarixinədək mülki şəxslər də daxil olmaqla, ümumilikdə 1188 cəsədin qalıqları tapılıb.
Bizim.Media