"Zəngəzur Azərbaycanın nəzarətinə keçərsə, Ermənistan yox olacaq" – ERMƏNİ DEPUTAT

“Turanın zənciri Zəngəzurdan keçir və təsadüfi deyil ki, Türkiyə-Azərbaycan tandeminin iştahı və əsas vəzifəsi nəhayət arzularını həyata keçirmək və Ermənistanın zəifləmiş durumundan istifadə edərək, tarixi qələbəni bəyan etməkdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri mayın 22-də Fransa meydanında keçirilən müzakirə zamanı Daşnaksütyun partiyasının bürosunun üzvü, “Ermənistan” blokundan deputat Armen Rüstəmyan bildirib.

Siyasətçinin fikrincə, Ermənistan dünya üçün həmişə iki şeyə görə maraqlı olub: atom elektrik stansiyası və Turan zəncirini qıran geosiyasi xəttdə yerləşməsi.

Eyni zamanda o, qeyd edib ki, AES enerji ilə təmin etmək kimi bilavasitə vəzifəsi ilə yanaşı, Ermənistanın geosiyasi əhəmiyyətini də təmin edir.

Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” ilə bağlı söhbət davam edəcək.

“Biz başa düşməliyik ki, Ermənistan birdən-birə belə güzəştlərə gedərsə, bizim geosiyasi əhəmiyyətimiz itəcək və bu dəhliz Azərbaycan - Türkiyə tandeminin nəzarətinə  keçəcək. Biz özümüzü geosiyasi torbada tapacağıq və bir faktor kimi artıq heç kimi maraqlandırmayacağıq. Bizim vəzifəmiz erməni amilini qoruyub saxlamaqdır”, – Armen Rüstəmyan vurğulayıb.

Siyasətçi ikinci vəzifə kimi ermənilərin hüquqlarını qorumaq vəzifəsini göstərib. 

O vurğulayıb ki, bu gün qarşıya qoyulan vəzifələrin sabah həyata keçirilməsi üçün geosiyasi vəziyyət dəyişə bilər:

“Biz bir nəsil olaraq elə etməliyik ki, gələcək nəsil daha öz hüquqlarını, tarixi ədaləti bərpa edib qoruyub saxlamaq haqda düşünməsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

1 dəqiqəlik görüş üçün 100 min təklif etdi

1 dəqiqəlik görüş üçün 100 min təklif etdi

“İnter” səfərdə üç xala sevindi

“İnter” səfərdə üç xala sevindi

"Liverpul"dan inamlı qələbə - VİDEO

"Liverpul"dan inamlı qələbə - VİDEO

Laçının işğaldan azad edilməsindən beş il ötür

Laçının işğaldan azad edilməsindən beş il ötür

Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

İranda dollar rekord həddə bahalaşdı

İranda dollar rekord həddə bahalaşdı

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU - FOTO

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU - FOTO

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5-dək baş tutacaq”

Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5-dək baş tutacaq”

Rubio Ukrayna rəsmilərindən üzr istədi

Rubio Ukrayna rəsmilərindən üzr istədi

Gürcüstan müxalifəti aclıq aksiyasını dayandırdı

Gürcüstan müxalifəti aclıq aksiyasını dayandırdı

Azərbaycan OPEC+ kvotalarının saxlanılması barədə qərarı dəstəklədi

Azərbaycan OPEC+ kvotalarının saxlanılması barədə qərarı dəstəklədi

Karateçimiz dünya çempionatında bürünc medal qazandı

Karateçimiz dünya çempionatında bürünc medal qazandı

Zelenski Yeni ildə istefa verəcək?

Zelenski Yeni ildə istefa verəcək?

Qətər Qran-prisində qalib bəlli oldu

Qətər Qran-prisində qalib bəlli oldu

Gürcüstanda atışma - 1 ölü, 2 yaralı var

Gürcüstanda atışma - 1 ölü, 2 yaralı var

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

Zelenski: “Ukrayna üçün vacib günlərdir və çox şey dəyişə bilər”

Zelenski: “Ukrayna üçün vacib günlərdir və çox şey dəyişə bilər”

Cəlilabaddan Bakıya gətirilən xəstə körpə ÖLDÜ

Cəlilabaddan Bakıya gətirilən xəstə körpə ÖLDÜ

Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

İran vitse-prezidentinin həyat yoldaşı avtomobil qəzasında öldü

İran vitse-prezidentinin həyat yoldaşı avtomobil qəzasında öldü

Cəmil Həsənli DTX-də dindirildi - Sərbəst buraxıldı

Cəmil Həsənli DTX-də dindirildi - Sərbəst buraxıldı

"Kişi elə gəzməlidir ki, qadın bilməsin"

"Kişi elə gəzməlidir ki, qadın bilməsin"

End of content

No more pages to load

RADİO