Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Antalya şəhərinə birbaşa qeyri-müntəzəm uçuşlar başlayır.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı "FlyOne Armenia Airlines” yayıb.
Qeyd olunur ki, iyunun 14-dən başlayacaq uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.
Bizim.Media